03 noyabr 2017 15:47
3839

Meral Konrat: Bakı Şopinq Festivalı ölkə turizmi və iqtisadiyyatına böyük xeyir verəcək

Məşhur “Təhminə və Zaur” filmindəki Təhminə obrazı ilə azərbaycanlıların ürəyini fəth edən Meral Konrat Bakı Şopinq Festivalına qatılmağa çalışacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə sənətkar özü festivalın saytına açıqlamasında bildirib.

“Vaxt tapanda, tez-tez Bakıya baş çəkirəm, bu şəhəri çox sevirəm. Türkiyə ilə Azərbaycan mənim üçün eynidir, - deyən aktrisa festivalın Azərbaycan dövləti tərəfindən keçirilməsini xüsusilə təqdir edir - Şübhə etmirəm ki, hökumətin dəstəyi ilə keçirilən bu festival ölkə turizmi və iqtisadiyyatına böyük xeyir verəcək”.