02 noyabr 2017 20:07
1858

Çinarə Məlikzadə Mustafa Ceceli ilə duet oxudu

Sosial medianın kəşf etdiyi müğənni Çinarə Məlikzadə tanınmış türkiyəli ifaçı Mustafa Ceceli ilə duet oxuyub.

Publika.az xəbər verir ki, “Vurulmuşam” adlı mahnını birlikdə səsləndirən sənətçilərin mahnısı bu gün yutub video portalında yayımlanıb.

Qeyd edək ki, mahnı Mustafanın “Simsiyah” adlı yeni albomunda yer alıb və iki dildə səsləndirilib.

Sözügedən mahnının hər iki versiyasını təqdim edirik: