20 oktyabr 2017 15:13
824

Biləsuvarda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Biləsuvar Dövlət Rəsm Qalereyasında YAP-ın yaradılmasının 25 illik yubileyi münasibətilə məktəblilər arasında rəsm müsabiqəsi keçirilib. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əjdər Niftiyev çıxış edərək partiyanın yaranma tarixindən, 25 il ərzində əldə etdiyi qələbələrdən söhbət açıb, ölkə Prezidenti İlham Əliyevin gənc nəslin hərtərəfli  inkişafı üçün böyük imkanlar yaratdığını qeyd edib.

Tədbirdə  Biləsuvar Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov çıxış edərək respublikamızda gənclərə göstərilən dövlət qayğısından, gənclərin dövlət idarə və müəssisələrində müxtəlif vəzifələrə irəli çəkilmələrindən söhbət açıb.

Sonda rəsm müsabiqəsinin qalibləri YAP Biləsuvar rayon təşkilatı tərəfindən  fəxri fərman və hədiyyələrlə  mükafatlandırılıblar.

Taleh Bağırov,

“İki sahil”