11 oktyabr 2017 20:45
1064

Fidan Hacıyeva Leyla Əliyevanın sözlərinə bəstələnmiş mahnını ifa edib

Xalq Artisti Fidan Hacıyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə bəstələnmiş mahnını ifa edib.

Bu barədə AZƏRTAC-a məlumat verən müğənni bildirib ki, Leyla Əliyevanın sözlərinə bəstələnmiş “Fonari” adlı mahnını ilk dəfə ailə üzvləri üçün oxuyub. “Çox bəyəndilər. Mahnı hələ heç yerdə səslənməyib. Musiqisi Eldar Həsənova məxsusdur”, - deyə opera ifaçısı vurğulayıb.