Türkiyədə məşhur televiziya aparıcısı və aktyoru Vatan Şaşmaz oteldə ölü tapılıb.
Anadolu agentliyinin məlumatına görə, İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış bir qadın və bir kişi meyiti aşkar olunub.
Məlumata görə, öldürülən kişinin tanınmış teleaparıcı Vatan Şaşmaz olduğu müəyyən edilib.
Hadisə yerinə gələn polis əməkdaşları otel otağında teleaparıcı ilə qətlə yetirilən qadının A.Filiz adlı şəxs olduğunu təsdiq ediblər. Vatan Şaşmaz kürəyindən, qadın isə başından odlu silah yarası alaraq ölüb. Həmçinin otel otağının A.Filizin adına tutulduğu və təhlükəsizlik kamerası qeydlərindən otağa başqa kimsənin daxil olmadığı öyrənilib.
Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.