24 avqust 2017 18:43
432

Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək

Avstraliya Lissabonda keçiriləcək "Eurovision-2018" mahnı müsabiqəsində iştirak edəcək.

"Report" "Esctoday"ə istinadən xəbər verir ki, Avstraliyanın milli yayım şirkəti (SBS) müsabiqədə iştirakı təsdiqləyib.

Qeyd edək ki, Avstraliya buna qədər müsabiqəyə 3 dəfə qatılıb, ən yaxşı nəticəsini "Eurovision-2016"da 2-ci olmaqla qazanıb.

Qeyd edək ki, müsabiqə gələn il Portuqaliyanın paytaxtı Lissabonda 8, 10 və 12 may tarixlərində keçiriləcək.