24 avqust 2017 16:16
989

Röya və Miri Yusif konsert verəcəklər

Heydər Əliyev Mərkəzinin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, avqustun 26-sı saat 20.00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. 

Qeyd edək ki, konsert proqramı Bakıda keçiriləcək klassik avtomobillərin yürüş və sərgisindən sonra baş tutacaq.