22 may 2017 19:02
1901

Naxçıvanda ənənəvi GÖYCƏ FESTİVALI keçiriləcək

Naxçıvanın havası, suyu, meyvəsi can dərmanıdır.

Bu torpağın bütün dadlı-tamlı meyvələri kimi göycənin də adı dillər əzbəridir.

Naxcivantv.az xəbər verir ki, iyunun 3-ü və 4-də  Naxçıvan şəhərində ənənəvi “Göycə” festivalı keçiriləcək. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

Bu meyvədən hazırlanan müxtəlif növ təamları dadmaq və əl işləri ilə tanış olmaq istəyənlər “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalında iştirak edə bilərlər. 

İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.

Ən yaxşı göycə müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Naxçıvanda ötən il də Göycə Festivalı keçirilmişdi. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı.