Ermənistanda hökm sürən sosial-iqtisadi böhran hər bir sahədə , həmçinin təhsil sahəsinə də təsirini göstərib. İşğalçı ölkədə məktəblər bərbad vəziyyətdədir. Müəllim və şagird heyəti məktəbə getməkdən imtina edirlər.
Naxcivantv.az xəbər verir ki, separatçı ölkə Ermənistanda təhsil sistemi böhran vəziyyətindədir. Son 10 ildə təhsil ocaqları tamamilə diqqətdən kənarda qalıb. Əyalətlərdə isə demək olar ki, ümumiyyətlə məktəb tikintisi aparılmayıb. Qəzalı vəziyyətdə olan məktəblər işğalçı ölənin bir çox yerində, hazırda təqdim etdiyimiz Aştarak rayonunda da müəllimlərin və valideynlərin etirazına səbəb olub. Rayonunun müəllim-şagird heyəti tətil elan ediblər. Kollektiv qəza vəziyyətində olan binada təhsil almaq istəmədiklərini bildirib. Mövcud halda məktəbin şagirdləri də məktəbə getməkdən imtina edirlər. Məktəbdən deyirlər ki, “600 yerlik məktəbin təmiri üçün illərdir aidiyyatı qurumlara müraciət olunsa da bir tədbir görülmür. Məktəb rəhbərliyinin müəllimlərə verdiyi vədlər də real həllini tapmır. İndiyədək nə yerli təhsil şöbəsindən, nə də nazirlikdən kimsə gəlib onlarla maraqlanmayıb”. Qeyd edək ki, təkcə bu məktəb deyil, Ermənistandakı məktəblərin böyük əksəriyyətinin binaları, maddi-texniki bazası köhnəlib. Aştarakdakı digər orta ümumtəhsil müəssisələrində də eyni vəziyyət hökm sürür. Ölkənin Təhsil Nazirliyi indiyədək bununla bağlı hökümət qarşısında heç bir məsələ qaldırmayıb. Bu da müəllimlərin etirazına səbəb olur.