05 may 2017 21:31
454

Qusarda cüdo bayramı

Bu həftə Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Qusar rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Qusarda cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

“Cüdo TV”nin Qusardan hazırladığı videomaterialı sizə təqdim edirik.