20 aprel 2017 18:46
323

Təkər maşından çıxaraq aptekə girdi

Bu kadrları gözdən qaçırmayın: Təkər maşından çıxaraq aptekə girdi

20.04.2017 14:35Maşından çıxan təkər sürətlə gəlib aptekə girib və içəridə olan iki nəfərə çırpılıb. Hadisə Türkiyənin Adana vilayətində baş verib.

Qəza zamanı İbrahim Obaz və Volkan Ay yüngül xəsarət alıblar. Hadisə aptekin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Müəssisənin sahibi Abdulkadir Erdeve hadisəyə görə çaşqınlıq içində olduğunu bildirib: "İş yerimizə xəstə gəlir, amma indiyə qədər təkərin tək başına dərman üçün içəri girdiyini xatırlamıram. 35 illik aptekçilik dönəmində belə bir hadisə ilə ilk dəfədir ki, rastlaşıram"./faktxəbər