Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Gəncə şəhərinin tarixi yerləri ilə yaxından tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.
Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.
Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub