28 mart 2017 01:18
342

Özü ilə duet oxuyan tutuquşu interneti fəth etdi

İnternetdə özü ilə duet oxuyan tutuquşunun əks olunduğu videoçarxın baxış sayı sürətlə artır. 

Kadrlarda elektron qurğuya yazılan ifasını dinləyən Kuippo ləqəbli tutuquşu paralel olaraq həmin mahnını oxuduğunu görmək olar. Bu qeyri-adi çıxış yetərincə uzun çəkir. 

Bununla yanaşı o, arada susaraq elektron “əkizinə” oxuma imkanı da verir, sonra yenidən öz şən mahnısına davam edir.  

Bu “konsert”in harada və nə vaxt baş tutduğu məlum deyil.