27 fevral 2017 16:49
358

“Oskar” festivalında biabırçılıq

"La-la Lend” filminin çəkiliş heyəti səhnəyə qalxıb və üç dəqiqə ərzində qələbəyə görə təşəkkür nitqi ilə çıxış edib. Yalnız bundan sonra səhnəyə təşkilatçıların nümayəndəsi çıxaraq səhvə yol verildiyini, əsl qalibin "Ay işığı” dramının olduğunu bəyan edib.

"Ay işığı” dramı ABŞ kino akademiyasının əsas mükafatını qazanıb. 

Oskar mükafatı zamanı inanılmaz səhvə yola verilib. 

Məlumata əsasən "İlin ən yaxşı filmi” nominasiyasında qalib ilk olaraq "La-La Lend” elan olunub, lakin sonradan bunun səhv olduğu deyilərək, əsl qalibin adı açıqlanıb. 

"İlin ən yaxşı filmi” nominasiyasında qalibi məşhur aktyorlar Uorren Bitti və Fey Danauey olub. Bitti qalibin adının yazıldığı konverti açıb və uzun müddət onun kimliyini açıqlamayıb. Sonra o, zərfi həmkarına təqdim edib. Fey isə ucadan "La-la Lend” qışqırıb. 

"La-la Lend” filminin çəkiliş heyəti səhnəyə qalxıb və üç dəqiqə ərzində qələbəyə görə təşəkkür nitqi ilə çıxış edib. Yalnız bundan sonra səhnəyə təşkilatçıların nümayəndəsi çıxaraq səhvə yol verildiyini, əsl qalibin "Ay işığı” dramının olduğunu bəyan edib. Bu olay dünya KİV-lərinin ən aktual müzakirə mövzusuna çevrilib.