Hollandiyanın Amsterdam şəhərindəki "Schiphol" hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Belə ki, Böyük Britaniyanın "FlyBe" aviaşirkətinin sərnişin təyyarəsi eniş edərkən qanadı yerə çırpılıb.
Edinburq-Amsterdam reysini həyata keçirən təyyarədə 59 sərnişin olub. Qəza zamanı sərnişinlərdən ciddi xəsarət alan olmayıb.