Dünən ABŞ-ın Hyuston şəhərində Şimali Amerika Milli futbol liqasının (NFL) final oyunu keçirilib.
Bu oyunlar ölkənin əsas idman hadisəsi sayılır və illər ərzində ABŞ-ın milli bayramına çevrilib. Oyunlar ənənəvi olaraq, həm adi tamaşaçılar, həm də ulduzların üçün əlamətdar tədbir olub.
NRG stadionunda birincilik uğrunda "Atlanta Felkons" və "Petriots Nyu-İnqlend” komandaları mübarizə aparıb. Birinci dəfədir ki, Superboulun qalibi əsas vaxt müddətindən kənar müəyyənləşib. Görüşün gedişində “Petriots” "Atlanta"-ya 25 xal fərqi ilə geridə qalıb, amma əlavə vaxtda komanda nəinki hesabı bərabərləşdirə bilib, hətta irəli çıxıb. Oyun “Petriots”-un xeyrinə 34:28 hesabı ilə başa çatıb.
Oyunlarda məşhur idmançı Tom Bredi xüsusilə fərqlənib. 5-ci dəfə çempion üzüyünü qazanan 39 yaşlı idmançı sevinc göz yaşlarını saxlaya bilməyib. İdmançı onu izləməyə gələn ailəsini qucaqlayaraq sevincini onlarla paylaşıb. Yeri gəlmişkən qeyd edək ki, Tom Bredi məşhur model Jizel Bündxenin həyat yoldaşıdır.
Tomu hətta prezident Donald Tramp təbrik edib. O, “Tom Bredi və Bredi Kraft (klubun sahibi) və məşqçi Bob Bi (komandanın baş məşqçisi) mütləq qaliblərdir” , - deyə qeyd edib.
Lakin oyunlar təkcə “Petriots”-un qalibiyyəti ilə deyil, həmçinin Ledi Qaqanın möhtəşəm konsert proqramı ilə yadda qalıb. Sevilən ifaçı minlərlə insanın toplandığı stadionu sözün əsl mənasında coşdurub. İfaçı çoxminli auditoriya qarşısında çıxışına çox ciddi hazırlaşıb və səhnəyə sözün əsl mənasında göydən düşüb. Müğənninin çıxışını çoxları son illər ən yaxşılardan biri adlandırıblar.
Konsertin sonunda gurultulu alqışlarla yola salınan Ledi Qaqa da göz yaşlarına hakim ola bilməyib.