27 noyabr 2026 22:40
111

İslamabadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində əməkdaşlıq müzakirə olunub

Pakistanın paytaxtı İslamabadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Türkiyəni milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu təmsil edib. Həmçinin Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif, Ordu Qərargah rəisi marşal Asim Munir, Səudiyyə Ərəbistanından xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Ordu Qərargah rəisi general Feyyad bin Hamed Əl-Ruvaili də iştirak ediblər.

İclasda əməkdaşlıq əlaqələri, eləcə də regional sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.