Ukraynanın ərazi güzəştləri etmədən Rusiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil.
“İki sahil” xəbər verir ki, bunu Almaniya naminə Alternativ (AfD) Partiyasının həmsədri Alis Vaydel “Die Welt” qəzetinin podkastında bildirib.
Onun sözlərinə görə, Ukraynanın Rusiyanın öz ərazisi hesab etdiyi və rusdilli əhalinin yaşadığı ərazilərdən çıxmadan sülh müqaviləsinin bağlanacağını düşünmək “tamamilə illüziyadır".
“Ruslar özləri ilə NATO arasında təhlükəsizlik dəhlizi yaratmaq istəyirlər. Onlar başqa heç nə ilə razılaşmayacaqlar”, – deyə Vaydel bildirib.
O, həmçinin Ukraynanın “faktiki olaraq müharibəni uduzduğu” fikri ilə razılaşdığını qeyd edib. Vaydelin sözlərinə görə, 2022-ci ildə İstanbul memorandumunda Kiyev üçün indiki şərtlərdən daha əlverişli şərtlər nəzərdə tutulmuşdu.
Antonio Quterreş Küveytə ölümcül dron hücumundan sonra dağıdıcı nəticələr barədə xəbərdarlıq edib
İtaliya XİN: Zelenski Liviya sahillərində Rusiya gəmilərinə hücumlarla bağlı həqiqətləri söyləmir
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib