İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.
“İki sahil” xəbər verir ki, Xəzər Rayon Məhkəməsi bu gün Hacıyevin səhhətini nəzərə alaraq onun cəzasının azaldılması barədə qərar qəbul edib. Qərar qəbul edilənədək cəza müddətinin başa çatmasına 1 ildən bir qədər çox vaxt qalırdı.
Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.