25 noyabr 2026 18:49
122

Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmə çəkilib və müxtəlif televiziya-radio layihələrində rol alıb.