25 noyabr 2026 14:00
84

Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, eləcə də Bakı-Gəncə, Bakı-Şabran, Bakı-Siyəzən, Tərtər-Xankəndi və Tərtər-Bərdə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Sabunçu qəsəbəsini Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi) ilə əlaqələndirən 22 nömrəli şəhərdaxili və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 191 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs ”Kənan-2000” şirkəti;

Badamdar  qəsəbəsini  Nizami bağı (Əhməd Cavad küçəsi) ilə əlaqələndirən 31 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs ”Fidan” MMC;

Biləcəri qəsəbəsini Çernyayevski küçəsi  ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs ”Menloqq” MMC;

Binəqədi qəsəbəsini  metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs ”MES Üç Qardaş” MMC;

 

Bilgəh qəsəbəsini “Koroğlu” NMM ilə əlaqələndirən 172 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs ”BakuBus” MMC;

 

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC; 

 

Bakı-Şabran marşrutları üzrə fiziki şəxslər Qasımov Fətulla Əli oğlu və Veyisov Qafil Əfsər oğlu;

 

Bakı-Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu; 

 

Tərtər-Xankəndi marşrutu üzrə fiziki şəxs Rüstəmov Elxan Zöhrab oğlu; 

 

Tərtər-Bərdə marşrutu üzrə fiziki şəxs Quliyev Ceyhun Şirin oğlu qalib elan olunublar.

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.