Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" (FT) xəbər verib.
Nəşrin məlumatına görə, söhbət qaz generatorları, soyutma sistemləri və fiber optik şəbəkələr kimi məlumat mərkəzi avadanlıqlarının təchizatçılarından gedir.
Əvvəlki 12 ayda bu şirkətlər Sİ bumu fonunda bazar dəyərini 9,4 trilyon dollar artırıblar. Lakin onların bazar dəyərinin azalması əvvəlki qazanclarının demək olar, yarısını silib. Xüsusilə, "Caterpillar"ın bazar dəyəri iyunda rekord səviyyədən 214 milyard dollar və ya 44 % azalıb. "Oklo" səhmlərini 49 %, "Comfort Systems" və "Corning" isə dəyərlərinin təxminən yarısını itirib.
Səhm qiymətlərinin azalması sərmayədarların Sİ infrastrukturuna investisiyaların miqyası və məlumat mərkəzi operatorlarının artan xərcləri, o cümlədən borclanma yolu ilə əsaslandırmaq qabiliyyəti ilə bağlı narahatlıqları ilə bağlıdır. ABŞ-də bu cür obyektlərin tikintisinə qarşı müqavimət əlavə qeyri-müəyyənlik yaradır.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir