15 noyabr 2026 22:10
73

ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

ABŞ hakimiyyət orqanları bu həftə ölkədə hava nəqliyyatında baş vermiş genişmiqyaslı nasazlığa səbəb olan marşrutlaşdırıcı qurğunu (router) müəyyən edib və cihaz təhlil edilməsi üçün mütəxəssislərə təhvil verilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.

“Problem yaradan və şəbəkəmizə məlumat ötürən marşrutlaşdırıcı cihazı aşkarladıq. Hazırda qurğu Floridadakı “L3 Harris” laboratoriyasındadır. Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də oradadır. Bu işlərə Federal Təhqiqat Bürosu (FTB) dəstək verir”, - deyə o, CNN telekanalına bildirib.

Ş.Daffi əlavə edib ki, mütəxəssislər və müstəntiqlər problemin marşrutlaşdırıcının quraşdırılması zamanı baş verən xəta, yoxsa cihazın özündəki texniki nasazlıq ilə əlaqəli olduğunu müəyyənləşdirəcəklər.