Fars körfəzi ölkələri Birləşmiş Ştatların mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neftin daşınmasını həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yaxın Şərqdə regional sular üzərindəki hava məkanında patrul xidməti həyata keçirir. ABŞ-nin Fars körfəzindəki tərəfdaşları Amerikanın mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neft daşıyıblar", - paylaşımda bildirilib.
U.S. Air Force F-16 fighter jets patrol over regional waters in the Middle East. More than 1.7 billion barrels of crude oil have been shipped through the Strait of Hormuz by Gulf partners with U.S. protection. https://t.co/S4wd1hk4Uw
— U.S. Central Command (@CENTCOM) November 14, 2026