“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
ADY-dən "İki sahil"ə bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18 faiz artım), rayonlararası marşrutlarla 468 min (11 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin səfər edib.
Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.
Azərbaycan və “TotalEnergies” arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
ADY rəhbərliyi nəqliyyat, logistika və turizm sahələri üzrə ekspertlərlə görüşüb