13 noyabr 2026 17:31
126

Yeni Klinika robotik ürək cərrahiyyəsinin tətbiqinə hazırlaşır

 

Yeni Klinikada robotik cərrahiyyənin inkişafı və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində peşəkar kadr hazırlığı davam etdirilir.  

Bu çərçivədə Yeni Klinikanın ürək-damar cərrahları - uzman Dr. Elgin Hacızadə və Dr. Cavid İbrahimov Türkiyə Səhiyyə İnstitutları Başqanlığının (TÜSEB) tabeliyində fəaliyyət göstərən İstanbul Eksperimental Tədqiqat və Təlim Mərkəzində keçirilən “Robotik Ürək Cərrahiyyəsi Kursu” proqramını uğurla tamamlayıblar. 

Proqram müddətində həkimlərin robotik ürək cərrahiyyəsində istifadə olunan müasir texnologiyalar, minimal invaziv cərrahi üsullar və klinik tətbiqlər üzrə bilikləri, praktiki bacarıqları təkmilləşdirilib.

Təlimdə iştirakın əsas məqsədi Yeni Klinikada robotik ürək cərrahiyyəsinin inkişafına töhfə vermək, bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsini təmin etmək və pasiyentlərə pasiyentlərə daha kiçik cərrahi kəsiklərlə həyata keçirilən müasir müalicə imkanları təqdim etməkdir.

Qeyd edək ki, Yeni Klinikanın ümumi cərrahiyyə və urologiya komandaları da robotik cərrahiyyə üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Hazırda klinikada uğurla tətbiq olunan robotik cərrahiyyə texnologiyası əməliyyatların yüksək dəqiqliklə, minimal invaziv üsulla aparılmasına və pasiyentlərin daha qısa müddətdə bərpa olunmasına imkan yaradır.