13 noyabr 2026 08:44
151

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektəəsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödənişəməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavəanalitik göstəriciləri üzə çıxarır və risklərin daha dolğunqiymətləndirilməsinə imkan yaradır. 

Azərbaycanın bank, mikromaliyyə və fintek sektorunümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni həllinimkanları, risklərin idarə olunmasında məlumat əsaslıyanaşmaların rolu və maliyyə inklüzivliyinin genişləndirilməsiperspektivləri müzakirə olunub.

Yeni həll ənənəvi skorinq modellərini əvəz etmir, onlarıəlavə davranış göstəriciləri ilə zənginləşdirir. Süni intellekttexnologiyalarından istifadə etməklə müştərilərin ödənişdavranışlarını təhlil edən sistem maliyyə institutlarına risklərinqiymətləndirilməsi və daha əsaslandırılmış qərarların qəbuledilməsi üçün əlavə analitik imkanlar verir. 

Azərikard Prosessinq Mərkəzinin Baş direktoru FəridQuliyev bildirib:

“Məqsədimiz ödəniş ekosistemində formalaşan məlumatları maliyyə sektoru üçün real dəyərə çevirməkdir. Mastercard-la birgə hazırladığımız bu həll qabaqcıl analitika və əlavə dəyər yaradantexnoloji xidmətlərin inkişafında növbəti addımdır. İnanırıq ki, buyenilik maliyyə institutlarının daha əsaslandırılmış qərarlar qəbuletməsinə və ölkəmizdə maliyyə xidmətlərinin inkişafına töhfə verəcək”. 

Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş direktoruOnur Faydacı qeyd edib:

“Rəqəmsal ödənişlərin genişlənməsi müştərilərin maliyyə davranışlarını daha yaxından anlamaq üçün yeni imkanlar açır. Azərikard-la əməkdaşlığımız çərçivəsində hazırlanmış bu innovativ həll maliyyə institutlarına daha əhatəli analitik məlumatlar təqdim etməklə risklərin idarə olunmasını təkmilləşdirməyə, maliyyə inklüzivliyinin genişlənməsinə dəstək olacaq”. 

Tədbir çərçivəsində Azərikard-la Azərbaycan FintexAssosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Rabitəbank arasında əməkdaşlıq memorandumları da imzalanıb.

Memorandumlar yeni texnoloji həllin tətbiq imkanlarının araşdırılması, maliyyə ekosistemində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və məlumat əsaslı maliyyə xidmətlərinin inkişafı üçün əməkdaşlıq çərçivəsi yaradır.

Yeni həll və tərəfdaşlıqlar Azərikardın ödəniş infrastrukturu sahəsindəki təcrübəsini qabaqcıl analitik texnologiyalarla birləşdirərək maliyyə sektoru üçün əlavə dəyər yaradan xidmətlərin inkişafına verdiyi önəmi nümayiş etdirir.