11 noyabr 2026 22:50
93

FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan klubuna qalib gəlib

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.

“İki sahil” xəbər verir ki, H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşan "ağ-qaralar" 84:80 hesablı qələbə qazanıb.

Görüş Milli Gimnastika Arenasında keçirilib.

Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.