09 noyabr 2026 15:58
232

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Razim Cavad oğlu Məmmədov xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

AZƏRTAC