09 noyabr 2026 10:33
79

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 975,498 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.

10 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.

Oktybarda isə Türkiyə Azərbaycana 207,181 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,2 % azdır.

Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (17 milyard 322 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4,2 % çox), ABŞ (12 milyard 515 milyon ABŞ dolları, 15,6 % çox) və Birləşmiş Krallıq (11 milyard 878 milyon ABŞ dolları, 3 % çox) həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 6 % artaraq 206 milyard 037,715 milyon ABŞ dollarına, oktyabr ayında isə 6,6 % artaraq 22 milyard 334,023 milyon ABŞ dollarına çatıb.