03 noyabr 2026 21:58
73

Expressbank Bərdədə 300 ağac əkib

 

Expressbank “Təbiətə qayğı – Gələcəyə miras” korporativsosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkməaksiyasını həyata keçirib.

Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlıvə Şirvanlı kəndlərinin yolkənarı ərazilərində keçirilən aksiyadaümumilikdə 300 ədəd iqlim şəraitinə uyğun ağac əkilib. Təşəbbüsdə Expressbankın Baş ofis və Bərdə filialınınəməkdaşlarından ibarət komanda fəal iştirak edib.

Ağacəkmə aksiyası ətraf mühitin qorunmasına, yaşıllıqsahələrinin artırılmasına və ekoloji məsuliyyət prinsiplərinintəşviqinə yönəlib.

Expressbank sosial məsuliyyət prinsiplərinə sadiq qalaraqtəbiətin mühafizəsinə və daha yaşıl mühitin formalaşmasınaxidmət edən təşəbbüslərini bundan sonra da davam etdirməyiplanlaşdırdığını bildirib. 

Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial media platformalarındakı rəsmi hesablarındantanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.