03 noyabr 2026 00:17
104

Şəkinin iki kəndində qaz təchizatında fasilə yaranacaq

Sabah Şəki rayonunun iki kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan etibarən işlər başa çatanadək Şəki rayonunun Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında fasilə yaranacaq.