Fransa həbsxanalarında saxlanılan məhbusların sayı rekord həddə çataraq 90 min 900 nəfər olub.
“İki sahil” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadla bildirib.
Məlumata görə, 2025-ci il oktyabrın 1-dən məhbusların sayı 7,2 faiz artıb. Həbsxanalardakı yerlərin ümumi sayı isə 63 min 452 təşkil edib. Müəssisələrin orta doluluq səviyyəsi 143,3 faizə, istintaq təcridxanalarında isə 178 faizə çatıb.
Ədliyyə Nazirliyi həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bununla belə, 2018-ci ildə nəzərdə tutulan 15 min yeni yerin yalnız 8 mini istifadəyə verilib.
Qeyd edək ki, Fransada həbsxanaların həddindən artıq sıxlığı və saxlanma şəraiti ilə bağlı problemlər dəfələrlə tənqid edilib.
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib