Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
“İki sahil” xəbər verir ki, müvafiq sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Ötən il imzalanmış saziş MDB ölkələrinin səlahiyyətli orqanları arasında məhkəmə qərarlarının icrası üçün zəruri məlumatların mübadiləsini nəzərdə tutur. Söhbət, xüsusilə də, borcluların iş yeri və əmlak vəziyyəti, onların mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri, bank hesabları, kommersiya təşkilatlarındakı payları və digər aktivləri barədə məlumatlardan gedir.
Sazişi səkkiz dövlət – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imzalayıb.
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub