Çexiyanın məşhur kurort şəhəri Frantişkovı Laznedə Bələdiyyə Evinin döşəməsinə quraşdırılmış unikal akvarium turistlərin marağına səbəb olur.
“İki sahil” xəbər verir ki, XVIII əsrdə balların keçirildiyi binada şüşə döşəmənin altında rəngarəng koi karpları və möhtəşəm nərələr üzür. Bələdiyyə Evinin təməli 1793-cü ildə qoyulub, bir il sonra isə təntənəli şəkildə açılıb. 1876–1877-ci illərdə binaya neorenessans üslubunda böyük Kurort Salonu əlavə olunub, bu gün də mədəni tədbirlər üçün istifadə edilir.
Keçmiş restoranın döşəməsindəki akvarium 109 kvadratmetr sahəni əhatə edir və 60 mindən çox litr su tutur. Burada 38 dekorativ koi karpı və 30 nərə yaşayır; bəzi karplar 1990-cı illərin sonundan buradadır. Karplar çərşənbə axşamları, nərələr isə cümə axşamları yemlənir. Yenidənqurma zamanı müasir filtrasiya, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb; bu işdə balıqçılıq ənənələri ilə tanınan Třeboň şəhərinin mütəxəssisləri iştirak edib. Bina ekskursiyalar üçün də açıqdır.
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb