31 oktyabr 2026 14:58
125

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Oktyabr ayında Xəzər dənizinin akvatoriyasında keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 qanun pozucusu və 44 kiçikölçülü gəmi saxlanılıb.

“İki sahil”in Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirlər komitənin Sərhəd Xidməti tərəfindən digər dövlət qurumları ilə birgə həyata keçirilib.

Əməliyyatlar zamanı 11,5 kiloqram narkotik vasitə və qanunsuz balıq ovu üçün istifadə edilən 88 kilometr uzunluğunda ov alətləri müsadirə olunub. Torlarda aşkarlanan nərə və digər növlərə aid 2337 balıq təbii yaşayış mühitinə buraxılıb.

Tətbiq edilən inzibati cərimələrin ümumi məbləği 4,5 milyon tengeni (təxminən 10 min ABŞ dolları) ötüb. Dövlətə vurulmasının qarşısı alınan zərər isə 840 milyon tengedən (təxminən 1,85 milyon ABŞ dolları) çox olub.