Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni "PJ.2.1" ştamının qlobal miqyasda yayılması riskinin artdığını bəyan edib.
“İki sahil” xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, bu barədə ÜST-nin Rusiya ofisi bildirib.
Məlumata görə, 2026-cı ilin mayında Kanadanın Ontario əyalətində ilk dəfə aşkarlanan bu ştam artıq Kanada, ABŞ və Avropa da daxil olmaqla, bir neçə qitəyə yayılıb. Bildirilir ki, insanların ölkələrarası hərəkətinin davam etməsi fonunda virusun Rusiya da daxil olmaqla, yeni ölkələrə yayılması təhlükəsi daha da artır.
Yayılma sürətinin yüksək olmasına baxmayaraq, hazırda "PJ.2.1" ştamının "SARS-CoV-2" virusunun son dövrlərdə aşkarlanan digər variantları ilə müqayisədə xəstəliyin daha ağır keçməsinə səbəb olduğunu göstərən klinik məlumatlar yoxdur.
Mütəxəssislər qeyd edirlər ki, "PJ.2.1" ştamı pnevmoniya, tənəffüs çatışmazlığı və ya ölüm hallarının artması ilə müşayiət olunmur. Əsas risk qrupuna 60 yaşdan yuxarı insanlar daxildir.
Xatırladaq ki, 2020-ci ldən pandemiyaya keçən COVID-19 virusu dünyada milyonlarla insanın ölümünə səbəb olmuşdu.
Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Arsen Venger: Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu
Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir