30 oktyabr 2026 23:04
132

Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşün tarixlərinin artıq bu həftə açıqlana biləcəyini istisna etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Biz amerikalılarla Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi üçün mümkün tarixlərin müzakirəsi prosesinə başlamışıq", - Kremlin nümayəndəsi qeyd edib.

"Tarixləri müzakirə edirik. Görüş noyabr ayında keçiriləcək, konkret olaraq artıq müzakirələrə başlamışıq", - o əlavə edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp öz ölkəsinin, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın vaxtlarda baş tuta biləcəyini bəyan etmişdi. Ağ Evin rəhbəri hər iki tərəfin sövdələşmə bağlamaq istədiyinə əmin olduğunu ifadə edib.