30 oktyabr 2026 20:43
108

Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində ölüb.

Hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb.

1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Trend