30 oktyabr 2026 11:04
117

Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq

Bakıətrafı ərazilərdə dəmir yolu infrastrukturunun yenilənməsi və yeni xətlərin bərpası üzrə işlərin 2030-cu ilədək tam yekunlaşdırılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək layihələr Bakıətrafı qəsəbələrdə yaşayan əhalinin ictimai nəqliyyata çıxış imkanlarını genişləndirəcək. Dəmir yolu nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə sərnişinlərin mənzil başına daha sürətli çatmasına imkan verəcək.

B.Hacıyevin sözlərinə görə, yeni xətlərin istifadəyə verilməsi ilə paytaxtın ətraf yaşayış məntəqələrinin Bakı şəhəri ilə nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq.