Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib
İspaniyanın Baş naziri: İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub