25 oktyabr 2026 15:02
104

Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır

Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Növbəti son tarix noyabrın 4-dür, bizim böyük bayramımızdır. Bundan sonra danışıqları bərpa etməyə hazır olacağıq", – o deyib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın əvvəlində Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlarını təsdiqləyib.