Pekin ABŞ Xəzinədarlığının Çinə investisiya yatırımlarına qoyulan məhdudiyyətlərin genişləndirilməsi və gücləndirilməsi təklifinə ciddi narahatlıq və qəti etiraz ifadə edərək, bunu ayrı-seçkilik hərəkəti və milli təhlükəsizlik konsepsiyasını həddindən artıq genişləndirməyin tipik bir təcrübəsi adlandırıb.
“İki sahil” xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin sözçüsü bu sözləri ABŞ Xəzinədarlığının xaricə investisiya qoyuluşları təhlükəsizliyi proqramına təklif etdiyi yeniləmələr barədə media sorğusuna cavab olaraq bildirib. Sözçü bildirib ki, təklif olunan qaydalar iki dövlət başçısının əldə etdiyi vacib konsensusa ziddir, Çin və ABŞ müəssisələri arasında normal iqtisadi və ticarət əməkdaşlığını, beynəlxalq iqtisadi və ticarət qaydalarını pozur.
Sözçü qeyd edib ki, Çin məsələnin gedişatını diqqətlə izləyəcək və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayacaq.
"ABŞ-nin Çinə investisiya yatırımlarına məhdudiyyətləri ikitərəfli iqtisadi və ticarət əməkdaşlığına zərər verməklə yanaşı, həm də ABŞ şirkətlərinin maraqlarına zərər verəcək", - deyən sözçü əlavə edib ki, Çinə investisiya qoymaq gələcəyə investisiya yatırmaq deməkdir, çünki ölkə özünün super böyük bazarı ilə böyük istehlak və investisiya potensialına malikdir.
Çin ABŞ tərəfini bazar iqtisadiyyatı prinsiplərinə hörmət etməyə, milli təhlükəsizlik konsepsiyasını həddindən artıq şişirtməyi dayandırmağa, iqtisadi və ticarət məsələlərini siyasiləşdirməyi dayandırmağa, ikitərəfli iqtisadi və ticarət əməkdaşlığı üçün sağlam mühit yaratmağa çağırıb.
Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib
İspaniyanın Baş naziri: İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub