24 oktyabr 2026 23:59
120

ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb

Urmiya gölünün su səviyyəsindəki azalma tendensiyası dayanıb.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən bildirilib.

"Urmiya gölünün su səviyyəsinin düşməsinin dayanması hidroloji baxımdan diqqətəlayiq bir hadisədir", - şöbədən vurğulanıb.

Əlavə olunub ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər:

"Su səviyyəsinin azalma tendensiyasının dayanması Urmiya gölünün vəziyyətində müsbət bir göstərici hesab olunur".

Xatırladaq ki, Urmiya gölü son 30 ildə su həcminin 90%-dən çoxunu itirərək kəskin quruma riski ilə üzləşib. 2025-ci ilin sonlarında demək olar ki, tamamilə duzlağa çevrilən və yox olmaq təhlükəsi yaşayan göl 2026-cı ilin yaz-yayında regiona düşən rekord yağıntılar, həmçinin bəndlərdən suyun buraxılması sayəsində yenidən canlanıb. İyunun 20-də göldə suyun həcminin 18 dəfə artdığı açıqlanıb.