23 oktyabr 2026 15:31
104

Fransada 1100-dən çox şəxs məhkəmə qarşısına çıxarılacaq

Fransada keçirilən etirazlar zamanı baş verən iğtişaşlardan sonra 1100-dən çox şəxs məhkəmə qarşısına çıxarılacaq. Bu göstəriciləri respublikanın ədliyyə naziri Jerald Darmanen təqdim edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Məhkəmə orqanları ötən həftəsonu talançılıqla məşğul olan və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən şəxslərə qarşı qətiyyətli tədbirlər görməkdə davam edir. Bu günə olan məlumata görə, 232 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, 1 144 nəfər məhkəməyə verilib, prokurorlar isə 'mütəşəkkil qrup tərkibində törədilmiş əməl' maddəsi üzrə 263 iş qaldırıblar. Yüzdən çox məhkəmə təhqiqatı açılıb", — deyə nazir yazıb.