Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.
Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidmətindən verilən “İki sahil”ə məlumata görə, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.
İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC - nin icraçı direktoru təyin olunub.
Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.
Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib VİDEO
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib