14-16 Oktyabr 2026-cı il tarixlərində ADA Universitetinin ev sahibliyi ilə keçirilən 20-ci IEEE "AICT 2026" beynəlxalq konfransında Akademiyamızın "Mexatronika və Robototexnika mühəndisliyi" ixtisasının 2572i qrup tələbəsi Cəfər Sadıq və "Aerokosmik mühəndislik" ixtisasının 2132i qrup tələbəsi Amin Həsənli öz elmi məqalələri ilə uğurla çıxış ediblər.
Eyni zamanda, tələbələrimiz MAA-da yeni təsis edilən Azərbaycan üzrə rəsmi 2-ci IEEE Tələbə Nümayəndəliyinin (IEEE NAA Student Branch) idarə heyəti olaraq universitetimizi beynəlxalq elmi platformada yüksək səviyyədə təmsil ediblər.
Tələbələrimizi bu mühüm akademik nailiyyət münasibətilə təbrik edir, yeni hədəflərində uğurlar arzulayırıq!
YAP-ın VIII Qurultayının müəyyən etdiyi vəzifələr Qaradağ rayonu Qobustan qəsəbəsində müzakirə olunub
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə