1926-cı ildə Bakıda toplanan I Türkoloji Qurultayın təşkilindən yüz il keçdi. O qurultayda azərbaycanlı, türk, tatar, özbək, qazax, qırğız, başqırd və s., rus və avropalı alimlər eyni zalda əyləşib türk dilinin əlifbasını, orfoqrafiyasını, ortaq terminlərini müzakirə etdilər. 12-15 oktyabr 2026-cı il tarixində Türkiyə Respublikasının İzmir şəhərində Ege Universitetinin Ədəbiyyat fakültəsində 100 il əvvəl irəli sürülən mövzuları bir daha müzakirə etmək üçün IV Türk Dünyası Modernləşməsi-Türk Dünyasında Dil Sempoziumu təşkil edilmişdi. Burada on ölkədən 134 məruzə dinlənilmişdi. “İki sahil” xəbər verir ki, simpoziumda əlifba birliyi, ortaq ədəbi dil, ortaq terminologiya, rəqəmsal dövrdə türk dilinin aqibəti və s. kimi yüz il əvvəl danışılan mövzular yenidən müzakirə edilmişdir.
Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Krım, Amerikadan və s. ölkələrdən elm adamları konfransda iştirak etmişlər. Konfrans həm canlı, həm də onlayn formatda təşkil edilmişdir. Konfransda AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları: fil.ü.e.d., dos. Qətibə Mahmudova “Məhtimqulu Fəraqinin dilindəki frazeoloji vahidlərin müasir Azərbaycan dilinin frazeologiyası ilə müqayisəli təhlili”, fil.ü.e.d., dos. Aynur Paşayeva “I Türkologiya konqresində ümumi ədəbi dil məsələsi: onun nəzəri əsasları və hazırkı elmi əhəmiyyəti” , fil.ü.f.dok, dosent Sevinc Məmmədova “Rəqəmsal mediada türk dilləri:süni intellekt və yeni media dövründə Azərbaycan türkcəsinin görünürlüğü”, fil.ü.f.d., dos. Elnarə Əliyeva “Müstəqil türk dövlətlərində ortaq təhsil terminologiyası”, fil.ü.f.dok, dosent Aytən Bəylərova “Konnotativ mənaların rəqəmsal dil resurslarında təmsili (Azərbaycan dili materialları əsasında) ”, fil.ü.f.dok, dosent Türkan Əsgərova “Azərbaycanda çarlıq və sovet dövründə dil siyasəti və ikidililik” mövzusunda canlı və fil.ü.f.d.Dilbər Camali isə “Tonyukuk kitabəsinin oxunuş və şərhlərinin yenidən təhlili”, fil.ü.f.dok., dos. Şəlalə Ana Hümmətli “Birinci Türkoloji Qurultayın “Bülletenləri”ndə önəmli bir imza: Xudadad bəy Məlikaslanov” mövzusunda onlayn şəkildə iştirak etmişlər. Əməkdaşlarımızın çıxışları türkoloqlar tərəfindən bəyənilmiş və rəğbətlə qarşılanmışdır.
Bununla yanaşı, fil.ü.f.dok, dosent Sevinc Məmmədova və fil.ü.e.d., dos. Aynur Paşayeva simpozium zamanı İzmirin İZMİR-TÜRK TV kanalına dəvət olunaraq “Güncel İzmir” verilişində çıxış etmişlər. Əməkdaşlarımız Türkiyə Cümhuriyyəti Cümhur Başqanlığında başqanla görüşmüşlər.
Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub