Azərbaycanın “Qarabağ xalçası” Limanın Metropoliten Muzeyinə hədiyyə olunaraq, muzeyin mədəni irs kolleksiyasına daxil edilib.
“İki sahil” xəbər verir ki, bu haqda Limagris.com portalında dərc edilmiş “Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasına daxil edilib” adlı məqalədə yazılıb.
Məqalədə qeyd olunur ki, Qafqazın ənənəvi sənət nümunələrindən biri olan xalçanın təqdimat mərasimində Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin təmsilçiləri və mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyevin və diplomatik missiyanın rəhbəri Gültən Qafqazlı-Novruzovanın dəvəti ilə təşkil olunub.
Bu hədiyyə Peru paytaxtının mədəni müxtəlifliyinin zənginləşməsinə, eləcə də Lima ictimaiyyətinin Azərbaycanın tarixi və mədəni irsi ilə daha yaxından tanış olmasına töhfə verir.
Məqalədə vurğulanır ki, Qarabağ xalçaları Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ənənəvi sənətkarlıq irsinin mühüm hissəsidir. Onların naxışları, kompozisiyaları və bəzək elementləri xalqın tarixini, adət-ənənələrini və estetik zövqünü əks etdirir.
Xalçanın Limanın Metropoliten Muzeyinə daxil edilməsi müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafına, ənənəvi sənət nümunələrinin qorunmasına və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Məqaləyə Azərbaycanın “Qarabağ xalçası” Limanın Metropoliten Muzeyinə hədiyyə edildiyi mərasimi əks etdirən video əlavə edilib.
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib