Rusiya İrandan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün torpaq sahələrinin satın alınmasının sənədli təsdiqini gözləyir.
“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə Rusiya-İran danışıqlarının yekunları üzrə bildirib.
"Danışıqlar zamanı fikir mübadiləsi aparılıb, ilk növbədə "Şimal - Cənub" layihəmizin reallaşdırılması statusu, gələcək Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi müzakirə edilib. İran tərəfi bizi əmin edib ki, torpaq sahələri satın alınıb. Biz bunun sənədli təsdiqini gözləyirik", - o qeyd edib.
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb